Ukrayna Azərbaycandan qeyri-neft məhsullarının alışını artırır
Bu ilin yanvar ayında Azərbaycandan Ukraynaya 21,8 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edilib.
TodayPress xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,5 milyon ABŞ dolları və ya 3,4 dəfə çoxdur.
Bu dövrdə Ukraynaya qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 8,88 faizini təşkil edib.
Bununla da Ukrayna Azərbaycandan qeyri-neft məhsulları ixrac edən ölkələr arasında 5-ci yeri tutub.
Cari ilin yanvar ayında Azərbaycan və Ukrayna arasında ticarət əməliyyatlarının həcmi 44,4 milyon ABŞ dolları təşkil edib. Məlumata görə, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,8 milyon ABŞ dolları və ya 28,2% çoxdur.
Hesabat ayında Azərbaycandan Ukraynaya 22,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 15,9 milyon ABŞ dolları və ya 3,3 dəfə çoxdur.
Bu ilin yanvar ayında Ukraynadan Azərbaycana məhsul idxalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 milyon ABŞ dolları və ya 22% azalaraq 21,7 milyon ABŞ dollarına çatıb.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 5,9 milyard ABŞ dolları təşkil edib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 milyard ABŞ dolları və ya 70,5% çoxdur.
Ötən ay ticarət dövriyyəsinin 3,4 milyard dollarını ixrac, illik müqayisədə müvafiq olaraq 1,2 milyard dollar və ya 64,8% və 910 milyon dollar və ya 79,7% artaraq idxal 2,5 milyard dollar təşkil edib.
Hesabat dövründə xarici ticarətin müsbət saldosu 986 milyon dollar təşkil edib ki, bu da illik müqayisədə 285 milyon dollar və ya 40,7% çoxdur.
tag: Azərbaycan,Ukraynaya,ABŞ ,Dövlət Gömrük Komitəsi,todaypress.az,