ÜDM niyə azalıb? - AÇIQLANDI

İqtisadiyyat

13.02.2025 17:43

1167

“Ümumi daxili məhsulda (ÜDM) azalmanın əsas səbəbi neft-qaz sektorunda hasilatın aşağı düşməsidir”.

TodayPress xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. 

Onun sözlərinə görə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk ayında Azərbaycanda 9 milyard 430 milyon manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu əvvəlki ilin eyni ayı ilə müqayisədə 0,9 faiz azalma deməkdir. 

O, ÜDM-də azalmanın əsas səbəbini belə şərh edib:

“ÜDM-də azalmanın əsas səbəbi neft-qaz sektorunda hasilatın aşağı düşməsidir. Belə ki, bu ilin ilk ayında neft-qaz sektorunda əlavə dəyər 4,0 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 1,0 faiz artıb. Digər tərəfdən, həmin müddətdə əmtəəlik neft hasilatı 6,6 faiz, əmtəəlik qaz hasilatı isə 4,8 faiz azalıb. Bütövlükdə isə, neft-qaz sektorunda sənaye 4,5 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,9 faiz artıb”. Millət vəkili diqqətə çatdırıb ki, 2025-ci ilin ilk ayında ÜDM-də azalmanın qeydə alınmasına rəğmən iqtisadi artımın sonrakı aylarda bərpa ediləcəyi gözlənir. ÜDM-də azalmaya rəğmən qeyri neft-qaz sahəsindəki 9,9 faiz artım bu il qeyri-resurs sektorunun iqtisadi artımda drayver olacağından xəbər verir.  “Neft-qaz sənayesindəki azalma həmçinin mövsümi faktorlar ilə bağlıdır. Bu baxımdan, 2025-ci il üçün proqnozlaşdırılan iqtisadi artım tempinə illik yekunda nail olunacağı gözlənilir”.

Töhfə Səməd

tag: ÜDM,Aşağı,Faiz,2025,Vüqar Bayramov,Neft,Todaypress.az,

photo