Tütün idxalına çəkilən xərclər 1 % artdı
Bu ilin yanvar-mart aylarında Azərbaycan 26,597 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri idxal edib.
TodayPress Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 9,712 milyon ABŞ dolları dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 15,5 % azdır.
Tütün və tütünün sənaye əvəzediciləri üzrə idxal Azərbaycanın ümumi idxalının 0,47 %-ni, ixrac isə ümumi ixracın 0,15 %-ni təşkil edib.
Xatırladaq ki, I rübdə Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu, ötən ilin eyni dövrünə nisbətən 24,3 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Son 1 ildə ixrac 6,7 %, idxal isə 52,6 % artıb.
tag: Azərbaycan,Tütün,Xərc,Artım,Todaypress.az,