Türkmənistanda Azərbaycan məhsullarının onlayn satışı başlanıldı

İqtisadiyyat

07.02.2025 15:10

2473

Türkmənistanda "Made in Azerbaijan" brendi məhsullarının onlayn satışına başlanılıb.

TodayPress xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan məhsulları Türkmənistandakı üç böyük onlayn platformada – "GiperTM", "Ynamdar" və "AshgabatMarket"də satışa çıxarılıb.

Bu platformalar böyük bir istehlakçı auditoriyasına malik olduğu yerlərdir. lkin olaraq, müxtəlif kateqoriyalarda məhsullar, o cümlədən çaylar, mürəbbələr, meyvə suları və digər konservləşdirilmiş qidalar təbii tərkibi və yüksək keyfiyyəti ilə alıcılara onlayn platformalarda təqdim edilir.

"Made in Azerbaijan" brendi məhsullarının Türkmənistan bazarında satışının onlayn formatda təqdim edilməsi onların daha geniş auditoriyaya çatmasına və daha çox müştəriyə əlçatan olmasına xidmət edir. Azərbaycanın istehsal etdiyi məhsulların təbii tərkibi və yüksək keyfiyyəti ilə türkmən alıcılarının diqqətini cəlb etməsinə imkan yaradır.

Satışda olan Azərbaycan məhsulları türkmən alıcıları tərəfindən keyfiyyət və qiymət baxımından rəğbətlə qarşılanır. Xüsusilə orqanik tərkibdə Azərbaycan çaylarının təbii qatqılarla zəngin olması istehlakçıların marağını daha çox cəlb edir.

tag: Türkmənistan,Made in Azerbaijan,Səfirlik,Satış,todaypress.az,

photo