Türkiyədən idxal edilən meyvə-tərəvəz 17% artdı
İqtisadiyyat
04.01.2025 17:24
Ötən il Azərbaycan Türkiyədən 23,325 milyon ABŞ dolları dəyərində meyvə və tərəvəz məhsulları idxal edib.
TodayPress Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 17% çoxdur.
Təkcə dekabrda Türkiyə Azərbaycana 1,766 milyon ABŞ dollarlıq meyvə və tərəvəz məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 6% çoxdur.
Hesabat dövründə Türkiyənin meyvə və tərəvəz məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 13,5% artaraq 2,728 milyard ABŞ dollarına, dekabrda isə 5,3 % artaraq 248 milyon ABŞ dollarına çatıb.
tag: Meyvə, Tərəvəz, İdxal ,Artım, todaypress.az,