Türkiyədə vergilər artırıldı
Türkiyə hakimiyyəti vətəndaşların xaricdən aldıqları mallara görə vergiləri artırıb.
TodayPress xəbər verir ki, bu barədə “Resmi Gazete” nəşri məlumat yayıb.
Əvvəllər bu vergi 66 faiz idisə, indi 100 faizə çatdırılıb. Xaricdən alınan mallar üçün vergidən azad olma limiti isə 150 avrodan 30 avroya endirilib.
Türkiyə vətəndaşlarının Avropa Birliyi ölkələrindən aldıqları malların alış məbləğinin 30 faizi həcmində vergi tutulacağı bildirilib. Əvvəllər bu rüsum 18 faiz idi. Əgər malın çəkisi 30 kiloqramı keçərsə, o zaman 48 faiz əlavə vergi ödəniləcək.
Töhfə Səməd
tag: Türkiyə, Vergi, Avropa, Faiz, Vətəndaş, todaypress.az,