Trampın qələbə şansı dolların bahalaşmasını təmin etdi

İqtisadiyyat

02.11.2024 15:10

Dollar son iki ildə ən yaxşı nəticəsini göstərib. 

TodayPress xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşr bildirib ki, dolların indeksi digər valyutalara nəzərən oktyabr ayıda 3,2 faiz yüksəlib. Bu, 2022-ci ilin aprelindən bəri ən yaxşı nəticə olub.

Bu dinamikanın səbəbləri güclü iqtisadi göstəricilər və ABŞ prezident seçkilərində respublikaçı Donald Trampın mümkün qələbəsi ilə təmin olunacaq yüksək faiz dərəcələri ilə bağlı gözləntilərdir. Ekspertlər dolların bahalaşmasını da iqtisadi sabitliyin əlaməti hesab ediblər. 

Trampın özünün sözlərinə görə, o, Ağ Evə qayıtsa, dollardan imtina etmək qərarına gələn ştatların mallarına 100 faizlik gömrük rüsumları tətbiq edəcək.

Töhfə Səməd

tag: Dollar, Tramp, ABŞ,İqtisadiyyat, Prezident, Seçki, todaypress.az,