Trampın “neft siyasəti”: “İlin ən pis xəbərinə hazırlıq görülür” – ŞƏRH

İqtisadiyyat

25.01.2025 15:45

“Dünya bazarında neftin təklifinin artması və neftin qiymətlərinin aşağı salınması neft ixrac edən ölkələr üçün çox pis xəbərdir”.   

İqtisadçı Elşən Bağırzadə bunu TodayPress-ə danışarkən bildirib.     

O, ABŞ prezidenti Donald Trampın hələ seçki kompaniyası dönəmində bu barədə fikirlər səsləndirdiyini qeyd edib: 

“ABŞ-də neft hasilatının artırılması fonunda bu yaxınlarda Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) neft qiymətlərinin aşağı salınması yönündə müraciətlərin edilməsi olduqca xoşagəlməz hal idi. Üstəlik qarşıdakı günlərdə Tramp adminstrasiyasının Venesuela ilə bağlı bəlli addımlar atacağı, onu da bu prosesə qoşacağı gözlənilir. Bütün bunları nəzərə adıqda demək olar ki, neft qiymətlərinin qarşıdakı günlərdə daha da aşağı düşməsi 2025 ci ilin ən pis xəbəri olacaq”.

İqtisadçı hesab edir ki, mövcud durumu nəzərə alaraq neft ixrac edən ölkələr bu prosəsə indidən hazırlaşmalıdırlar:     

“Ölkələr iqtisadi siyasətlərini buna hazırlamalıdırlar. İstənilən halda neftin qiymətinin kəskin aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək. Müvafiq tədbirlər görülməlidir ki, bu prosesdən biz də az itki ilə çıxa bilək”.   

Ekspert qeyd edib ki, Trampın çıxışında Rusiyaya təsir nöqteyi nəzərindən neftin qiymətinin aşağı salınması fikri irəli sürülüb. Belə olan halda görünən odur ki, Amerika Rusiyaya təsir etmək istəyirsə, neftin qiymətini kifayət qədər aşağı salmalıdır:   

“Əgər ABŞ bunu hədəf olaraq özünə seçibsə, baş tutma ehtimalı kifayət qədər böyükdür. Ona görədə neft ixrac edən ölkələr bu barədə düşünməlidirlər”. 

Nicat Osman

tag: ABŞ ,İqdisadi,Neft,Seçki,Qiymət,Todaypress.az,

photo