Tramp-Putin danışığından sonra neft qiymətləri düşür
Fevralın 13-də neft qiymətləri eniş göstərib.
TodayPress xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Buna səbəb kimi Rusiya və ABŞ prezidentləri arasında baş tutan telefon danışığından sonra Ukrayna münaqişəsinin həlli ilə bağlı gözləntilərin artması göstərilir. İnvestorlar hesab edirlər ki, bölgədə vəziyyətin normallaşması Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvinə yol aça bilər. Bu isə qlobal neft bazarına təsir edəcək.
Məlumata görə, “ICE Futures” birjasında “Brent” markalı neftin aprel fyuçersləri 0,74 dollar (0,98%) ucuzlaşaraq 74,44 dollar/barelə düşüb. “NYMEX” birjasında “WTI” markalı neftin mart fyuçersləri isə 0,8 dollar (1,12%) azalaraq 70,57 dollar/barelə enib.
Qiymət Mahir
tag: Neft,Rusiya,ABŞ,Fyuçers,todaypress.az,