TIXACLARA SON: Hava taksiləri fəaliyyətə başlayacaq

İqtisadiyyat

18.09.2024 14:52

Tezliklə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) hava taksisi istifadəyə veriləcək. 

TodayPress xəbər verir ki, Dubay Nəqliyyat və Yollar İdarəsi (RTA) “RİA”ya ölkədə gələcəyin nəqliyyatının işə salınma vaxtı barədə məlumat verib.

Departament direktoru Xalid Əl-Avadinin sözlərinə görə, xidmət 2026-cı ilin əvvəlində istifadəyə veriləcək. Dubay Kaliforniyanın “Joby Aviation” nəqliyyat şirkəti ilə birlikdə layihəyə rəhbərlik edir. Hazırda sınaq işləri həyata keçirilir.

Bundan əlavə, Böyük Britaniyanın “Skyports” şirkətinin iştirakı ilə şəhərdə heliportlar üçün stansiyalar layihələndirilir. Ümumilikdə hökumət dörd şaquli taksi hava limanı tikməyi planlaşdırır ki, onlardan ikisi 2026-cı ilə qədər fəaliyyətə başlayacaq. Komplekslərdə monitorinq və mühafizə xidməti olacaq.

“Biz bu xidməti mümkün qədər əlçatan etmək üçün tərəfdaşlarımızla işləyirik. İnanırıq ki, bu, adi helikopterlərdən istifadə etməkdən qat-qat ucuz başa gələcək” deyə Əl-Avadi jurnalistlərə bildirib. 

Töhfə Səməd

tag: Tıxaclar, Sürücülər ,Böyük Britaniya ,Skyports ,Əl-Avadi, Dubay, Kaliforniya, todaypress.az,