TikTok yüzlərlə işçisini süni intellektlə əvəzlədi

İqtisadiyyat

12.10.2024 14:55

TikTok-un əsas şirkəti “ByteDance” Malayziyada 500-dən çox əməkdaşını süni intellektlə əvəz edib. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.   İşdən çıxarılanların əksəriyyəti məzmunun nəzərdən keçirilməsi və moderasiyası ilə məşğul olub.

Bu proses indi avtomatlaşdırılıb və süni intellekt platformanın qaydalarını pozan məzmunun təxminən 80%-ni müəyyən edib silə bilir.   

İxtisarların təkcə Malayziyaya təsir etməyəcəyi qeyd olunur. Şirkət qlobal məzmun moderasiyası üçün süni intellektdən istifadə etməyi planlaşdırdığından, Tik Tok digər ölkələrdə də işdən çıxarma tətbiq etməyə hazırlaşır.   

Qeyd edək ki, hazırda “ByteDance”in dünyanın 200-dən çox şəhərində 110 mindən çox işçisi çalışır.   

Günəş Mərd

tag: TikTok,İşçi,Süni intellekt,İxtisar,Todaypress.az,