Tikinti qumu istehsalı artdı

İqtisadiyyat

28.03.2025 09:20

1727

Bu ilin yanvar-fevral aylarında 234,6 min ton tikinti qumu istehsal edilib.

TodayPress Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 77,1 faiz çoxdur.

2024-cü ilin yanvar-fevral aylarında 132,5 min ton tikinti qumu istehsal edilmişdi.

Komitənin məlumatına görə, bu il martın 1-nə hazır tikinti qumu ehtiyatı 10,6 min tondur.

tag: Dövlət Statistika Komitəsi,Azərbaycan,Tikinti Qumu,Artım,Todaypress.az,