Ticarət gərginlik artdıqca qızıl yüksəlir

İqtisadiyyat

04.03.2025 19:04

796

Martın 4-də qızıl ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə başlayan ticarət müharibəsinin kəskinləşməsi fonunda bahalaşıb.   

TodayPress xəbər verir ki, bu barədə “İnterfax” məlumat yayıb.   

Nəşrə görə, qiymətli metalın qiymətinin qalxmasına həm də Vaşinqtonun Ukraynaya hərbi yardımı dayandıracağı ilə bağlı xəbərlərin yaratdığı geosiyasi qeyri-müəyyənlik səbəb olur.   

Məlumata görə, fevral ayında qızılın qiyməti bir unsiya üçün 2955 dollara yüksəlib.   

Dünyanın ikinci ən böyük investisiya bankı “Goldman Sachs” 2025-ci ilin sonuna kimi qızılın qiymətinin unsiya üçün 3100 dollara yüksələcəyini proqnozlaşdırır.   

Aysel Mətləb

tag: Qızıl,Dollar,Valyuta,Birja,Todaypress.az,