Tibbi maska ehtiyatı 7 milyon ədəddir
Azərbaycanda bu ilin yanvar-fevral aylarında 800 min ədəd tibbi maska istehsal edilib.
TodayPress xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz çoxdur.
2024-cü ilin yanvar-fevral aylarında 600 min ədəd tibbi maska istehsal edilmişdi.
Komitənin məlumatına görə, martın 1-nə hazır tibbi maska ehtiyatı 6,9 milyon ədəddir.
tag: Tibb,Maska,Ehtiyat,Dövlət Statistika Komitəsi,Todaypress.az,