Tibb müəssisələrinin elektron qeydiyyat sistemində yaranan problem aradan qaldırıldı
Bu gün səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində yaranan problem aradan qaldırılıb.
Bu barədə TodayPress-ə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilib.
tag: İstiqamət, Provayder, TƏBİB,Problem, todaypress.az,