Tibb müəssisələrinin elektron qeydiyyat sistemində problem yarandı
Bu gün səhər saatlarından ölkə üzrə internet təminatını həyata keçirən provayderlərin birində texniki nasazlıq yaranması səbəbindən bəzi tibb müəssisələrinin elektron qeydiyyat sisteminin fəaliyyətində fasilələr qeydə alınıb.
Bu barədə TodayPress-ə TƏBİB-dən bildirilib.
Qeyd olunub ki, problemin qısa müddətdə aradan qaldırılması istiqamətində internet provayderi tərəfindən işlər həyata keçirilir.
tag: TƏBİB, Elektron ,Sistem ,Problem, todaypress.az,