“Telegram”da yeni funksiyalar
İqtisadiyyat
04.12.2024 16:58
“Telegram” messencerinin tərtibatçıları süni intellektə əsaslanan yeni funksiyaları təqdim ediblər.
TodayPress xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Əsas yenilik, bir neçə açar sözdən ibarət mürəkkəb sorğulardan istifadə edərək stikerlərin axtarışı üçün “Telegram”a xüsusi hazırlanmış süni intellekt modelinin əlavə edilməsi olub. Məsələn, “pişik qəhvə içir” sorğu üzrə axtarış aparsaq, dərhal 40 mindən çox “Telegram” stikerini görə biləcəyik. Bu funksiya onlarla dildə dəstəklənir.
Eyni zamanda “Telegram Premium” abunəçiləri süni intellektlə emoji axtarışından da istifadə edə biləcəklər.
“Telegram” həmçinin altı fotoşəkil və ya videonu bir tərtibatda birləşdirmək imkanı ilə “Hekayələr”də kollajlar yaratmaq funksiyasını təqdim edib.
Günəş Mərd
tag: Telegram, İntellekt, Emoji,Funksiya, todaypress.az,