“Telegram” çökdü
İqtisadiyyat
10.09.2024 15:15
“Telegram” istifadəçiləri mesajların göndərilməsi ilə bağlı problemlərdən şikayətlənirlər.
TodayPress xəbər verir ki, bu barədə “Downdetector” məlumat yayıb.
Hazırda istifadəçilər serverə qoşulma; mesajların göndərilməsi və tətbiqin işləməsi kimi problemlərlə üzləşirlər. Həmçinin, istifadəçilər media fayllarının yavaş yüklənməsini və video, və ya audio qeydə ala bilmədiklərini iddia edirlər.
Problemin səbəbləri hələlik məlum deyil.
Günəş Mərd
tag: Telegram, İstifadəçilər, Mesajlar, Fayllar, Yüklənmə, todaypress.az,