TAP vasitəsilə İtaliyaya qaz tədarüklərinin həcmi açıqlandı

İqtisadiyyat

29.06.2024 14:26

2020-ci il dekabrın 31-dən kommersiya istismarına başlanandan indiyədək Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya 30,8 milyard kubmetr qaz nəql olunub.

TodayPress bu barədə "TAP AG" konsorsiumuna istinadən xəbər verir.

2024-cü ilin ikinci rübündə isə İtaliya 2,45 milyard kubmetr qaz əldə edib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb.

tag: TAP, Qaz, İtaliya, Azərbaycan, Avropa, todaypress.az,