Süni intellektin yaradacağı problem
İqtisadiyyat
11.10.2024 12:40
"Süni intellekt artıq tərcümə jurnalistikasını tamamilə sıradan çıxardıb".
TodayPress xəbər verir ki, Mətbuat Şurası İdarə Heyətinin üzvü Fərid Pərdəșünas, bunu “Müasir mediada yeni trendlər:informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda bildirib.
Onun sözlərinə görə, artıq süni intellekt redaksiyalarda korrektorların işini əlindən alıb:
"Süni intellekt Azərbaycan dilində məzmun yaratmaqda kifayət qədər bacarıqlıdır. O, birbaşa jurnalistlər kimi davrana bilir. Səs qeydini mətnə çevirir, hətta öz mövqeyini də ortaya qoyur. Bu insan əməyinin qarşısını alır və gələcəkdə ciddi problemlərə səbəb olacaq".
Fərid Pərdəșünas qeyd edib ki, gələcəkdə süni intellektlə işləməyi bacaran jurnalistlərə üstünlük veriləcək.
Günəş Mərd
tag: Süni intellekt,Tərcümə,Jurnalistika,Fərid Perdəșünas,todaypress.az,