Süni intellektin ticarət dövriyyəsi açıqlandı

İqtisadiyyat

26.01.2025 18:00

Qlobal süni intellekt sektorunun önümüzdəki 5 ildə iqtisadiyyata 15,7 trilyon dollar töhfə verəcəyi gözlənilir.

TodayPress xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Məlumatda deyilir ki, süni intellekt və rəqəmsal transformasiya İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (WEF) 55-ci illik toplantısının əsas gündəm məsələlərindən biri olub.

Hazırda 240 milyard dollar böyüklüyünə malik olan süni intellekt sektorunun 2030-cu ilə qədər təxminən bir trilyon dollara yaxınlaşacağı gözlənilir.

Məlumata görə, 2030-cu ilə qədər süni intellektin qlobal iqtisadiyyata 15,7 trilyon dollar gəlir verəcəyi və yerli iqtisadiyyatları 26 faiz artıracağı proqnozlaşdırılır.

Qeyd edək ki, Çin və ABŞ süni intellektdən ən çox qazanc əldə edəcək ölkələr arasındadır. 

Belə ki, 15,7 trilyon dollarlıq qazancın 70%-nin bu iki ölkə arasında bölünəcəyi təxmin edilir.

Nicat Osman

tag: Qlobal ,Süni intellekt,İqtisadiyyat,WEF,Davos,todaypress.az,