Süddən hazırlanmış yağların idxalı 42 %-ə yaxın artdı

İqtisadiyyat

26.04.2025 15:49

15

Bu ilin I rübündə Azərbaycana 7 685 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib. 

TodayPress Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə yağın dəyəri 53 milyon 721 min ABŞ dollar təşkil edib. 

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 2 268 ton (41,8 %), dəyər baxımından isə 25 milyon 515 min ABŞ dolları (90,4 %) çoxdur. 

Hesabat dövründə süddən hazırlanmış yağların idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,95 %-ni təşkil edib.

tag: Süd,Yağ,İdxal,Artım,Todaypress.az,