Süd və qaymaq idxalı 41 % artdı

İqtisadiyyat

26.04.2025 14:29

15

Bu ilin I rübündə Azərbaycana 4 327 ton süd və qaymaq idxal edilib. 

TodayPress Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə süd və qaymağın dəyəri 6 milyon 441 min ABŞ dolları təşkil edib. 

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 1 257 ton (40,9 %), dəyər baxımından isə 1 milyon 725 min ABŞ dolları (36,6 %) çoxdur. 

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

tag: Süd,Qaymaq,İdxal,Artım,Todaypress.az,