"SpaceX" Marsa pilotsuz kosmik gəmi göndərəcək
İqtisadiyyat
08.09.2024 14:00
İlon Maskın "SpaceX" şirkəti iki il sonra
Marsa ilk pilotsuz "Starship" kosmik gəmilərini göndərəcək.
TodayPress xəbər verir ki, Mask, bu barədə "X"
social şəbəkəsində paylaşım edib.
Bildirilib ki, bununla da planetə uçuşlar üçün növbəti
buraxılış pəncərəsi açılacaq.
Onun sözlərinə görə, bu missiyanı pilotsuz həyata
keçirilməkdə əsas məqsəd Marsa enişin təhlükəsizliyini yoxlamaqdır. Eniş uğurlu
olarsa, "SpaceX" dörd il sonra Marsa ilk insanlı kosmik gəmi göndərməyi
planlaşdırır.
Qeyd edək ki, iyun ayında "Starship"
sınaqlardan uğurla keçərək kosmosdan qayıdıb və Hind okeanına enib.
Töhfə
Səməd
tag: SpaceX, Peyk, ABŞ,İlon Mask, Epizod, todaypress.az,