SOCAR və "Union Energy" şirkəti arasında Anlaşma Memorandumu imzaladı
"İsrailə işgüzar səfər çərçivəsində
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Union Energy" şirkəti
arasında İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) birgə kəşfiyyat işlərinin
aparılması üzrə Anlaşma Memorandumu imzalanıb".
TodayPress xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl
Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Sənədin icrası tərəflərin beynəlxalq əməkdaşlıq
şəbəkəsinin genişləndirilməsinə və yeni enerji ehtiyatlarına çıxışına təkan
verəcək.
tag: Azərbaycan, İsrail, SOCAR, Union Energy, Memorandum, Mikayıl Cabbarov, todaypress.az,