SOCAR və “ExxonMobil” reallaşdırılacaq yeni layihələri müzakirə ediblər
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ABŞ-ın “ExxonMobil” korporasiyası arasında ölkədə reallaşdırılacaq yeni layihələr üzrə tərəfdaşlıq imkanları müzakirə edilib.
TodayPress SOCAR-a istinadən xəbər verir ki, Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf Bakıda səfərdə olan “ExxonMobil” korporasiyasının qlobal kəşfiyyat və yeni layihələr üzrə vitse-prezidenti Con Ardil ilə görüşüb.
Görüşdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrdə “ExxonMobil” korporasiyasının iştirakından məmnunluq ifadə edilib, şirkətlər arasındakı mövcud əməkdaşlıq əlaqələrinin önəmi qeyd olunub.
Söhbət zamanı “ExxonMobil”in və SOCAR-ın yerli və xarici ölkələrdəki fəaliyyəti, yeniliklər, həyata keçirilən yeni layihələr, prioritetlər və ortaq maraqlar barədə fikir mübadiləsi aparılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
tag: SOCAR,Exxon,Mobile,Layihələr,Todaypress.az,

