SOCAR İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar aldı

İqtisadiyyat

17.03.2025 16:14

1209

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə kəşfiyyat işləri aparmaq üçün lisenziyalar alıb.

TodayPress xəbər verir ki, bu barədə şirkətin Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İsrailə işgüzar səfərimiz çərçivəsində SOCAR prezidenti Rövşən Nəcəflə birgə İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) "I" Blokunda kəşfiyyat üçün lisenziyaların təqdim edilməsi mərasimində iştirak etdik. Bu lisenziyalar SOCAR-ın beynəlxalq mövqeyinin möhkəmlənməsi və innovativ təcrübələrdən yararlanması baxımından strateji üstünlüklərə malikdir" deyə o qeyd edib.

tag: Azərbaycan,İsrail,Mikayıl Cabbarov,İqtisadiyyat,SOCAR,Lisenziya,Todaypress.az,