SOCAR hava şəraitinə görə istehsalatda təhlükəsizlik tədbirlərini gücləndirdi
Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.
TodayPress xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.
“Bütün sahələrdə məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarət saxlanılır”, deyə məlumatda qeyd edilib.
tag: SOCAR,Azərbaycan,“Azneft” İstehsalat Birliyi,Təhlükə,todaypress.az,