SOCAR hansı kadrlara üstünlük verir? - Rövşən Nəcəfdən açıqlama
İqtisadiyyat
08.10.2024 12:40
"SOCAR işəgötürən zaman kadrın çalışdığı sahə üzrə ümümi bacarıqlarına, düşünülmüş dərəcədə riskə getmə, hədəfə çatmaq bacarığına önəm verir".
TodayPress xəbər verir ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf bunu "Gülüstan” sarayında keçirilən Təhsilin İnkişafı Forumunda deyib.
O, diqqətə çatdırıb ki, bacarıqlarla bağlı çox vacib məsələlərdən biri də qeyri-formal bacarıqların üzə çıxarılmasıdır:
"Biz buna nail olmaq üçün beynəlxalq və yerli universitetlərlə əməkdaşlıq edirik. Bizə faydası ola biləcək bütün universitetlərlə bu istiqamətdə işləyirik".
Qeyd edək ki, “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə keçirilən Forumda dövlət və özəl sektorun 300 nəfərədək nümayəndəsi iştirak edir.
Günəş Mərd
tag: SOCAR, Rövşən Nəcəf, Gülüstan Sarayı ,Forum ,İqtisadiyyat ,todaypress.az,