Smartfonu şarj edən GÜNƏŞ PAPAĞI hazırlandı
İqtisadiyyat
09.08.2024 11:45
Smartfonu şarj edən innovativ günəş papağı hazırlanıb.
TodayPress xarici mediaya istinadən xəbər verir ki, onun üzərində günəş enerjisini saxlayan batareyalar var və bunun vasitəsilə smartfonu enerji ilə doldurmaq mümkündür.
İnnovativ papaqda, həmçinin iki USB portu var ki, onların köməyi ilə iki cihazı eyni anda doldurmaq olar. Maksimum çıxış gücü 5V və 2.4A-ya çatır ki, bu da batareyanı üç-dörd saat ərzində tam doldurmağa imkan verir.
Qurğu IP65 mühafizə standartına cavab verir. Doldurma sürəti günəş işığının intensivliyindən asılıdır.
Günəş Mərd
tag: Smartfon, USB, IP65, Qurğu, Günəş Papağı, todaypress.az,