Smartfonlara yeni tələb qoyulacaq

İqtisadiyyat

18.10.2024 19:30

ABŞ Federal Rabitə Komissiyası (FCC) bazarda olan bütün smartfonların eşitmə cihazına uyğun olmasını tələb edib. 

TodayPress xəbər verir ki, bu barədə FCC-nin saytında məlumat verilib.      

Təşkilatın nümayəndələri buna səbəb kimi 48 milyon amerikalının eşitmə problemi olduğunu göstəriblər. 

Səlahiyyətlilərin yeni tələbinə əsasən, bazarda mövcud olan bütün telefon və smartfonlarda tibbi eşitmə cihazlarını birləşdirmək üçün interfeys olmalıdır.    

FCC, elektronika istehsalçıları və satıcılarından bazarı yalnız yeni qaydaya uyğun olan cihazlarla nə vaxt təmin etmələri tələb olunacağını açıqlamayıb. 

Günəş Mərd

tag: ABŞ, Telefon, Smartfon, FCC, todaypress.az,