Sığorta bazarının yığımları 400 milyon manata çatdı
2025-ci ilin yanvar-mart aylarında sığorta sektoru üzrə yığımların həcmi 399,1 milyon manata bərabər olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 7% çoxdur.
TodayPress bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin həcmi də 7% artaraq 164,03 milyon manata yüksəlib.
Ötən ilin eyni dövründə bu rəqəm 153,3 milyon manat təşkil edib.
Sığorta bazarının zərərlilik göstəricisi bu dövrdə dəyişməyərək hər 41,1% təşkil edib.
tag: Sığorta,Sosial,Milyon,Manat,Todaypress.az,