Şəkər ixracından qazanc 21 %-dən çox artdı

İqtisadiyyat

19.04.2025 11:06

6

Bu ilin yanvar-mart aylarında Azərbaycan 53,248 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları idxal edib. 

TodayPress Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,9 % azdır. 

Hesabat dövründə Azərbaycan həmçinin 6,536 milyon ABŞ dolları dəyərində şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları ixrac edib.

Bu isə 1 il əvvələ nisbətən 21,4 % çoxdur. 

I rübdə şəkər və şəkərdən hazırlanan qənnadı məmulatları üzrə idxal Azərbaycanın ümumi idxalının 0,94 %-ni, ixrac isə ümumi ixracın 0,1 %-ni təşkil edib. 

Xatırladaq ki, yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 12 milyard 48,87 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu, ötən ilin eyni dövrünə nisbətən 24,3 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 6 milyard 385,9 milyon ABŞ dolları ixracın, 5 milyard 662,97 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 6,7 %, idxal isə 52,6 % artıb.

tag: Şəkər,İxrac,Qazanc,Gəlir,Todaypress.az,