Sankt-Peterburq rəsmilərinə "Telegram" və "WhatsApp" qadağan edildi
İqtisadiyyat
12.09.2024 20:49
Sankt-Peterburq rəsmilərinə “Telegram” və “WhatsApp” istifadəsi
qadağan edilib.
TodayPress xəbər verir ki, bu barədə “Fontanka” nəşri məlumat yayıb .
Bildirilib ki, Sankt-Peterburqun dövlət hakimiyyətinin
icra orqanlarında korrupsiya, məhdud giriş məlumatlarının məhv edilməsi və ya dəyişdirilməsi
faktlarının qarşısını almaq, habelə bu cür faktlar üçün ilkin şərtlərin
yaranmasının qarşısını almaq üçün qərar qəbul edilib.
Sentyabrın əvvəlində Sənaye və Ticarət Nazirliyinin əməkdaşlarına
bununla bağlı məktub daxil olub. Onlara
rəsmi qarşılıqlı əlaqə üçün dövlət qulluqçularının avtomatlaşdırılmış məktublaşma sisteminə keçmələri tövsiyyə
olunub.
Aynur TAC
tag: Whatsapp, Telegram,Sankt-Peterburq, Mesengger, Qadağa,todaypress.az,