“Samsung” kütləvi ixtisarlara gedəcək, şirkət iflasa uğrayır?
İqtisadiyyat
11.09.2024 17:41
Dünyanın ən böyük elektronika istehsalçısı “Samsung Electronics” 2024-cü ilin sonuna qədər işçilərinin 30%-ni ixtisar etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Söhbət Cənubi Koreya texnoloji nəhənginin xarici bölmələrinin əməkdaşlarından gedir. Satış və marketinq üzrə mütəxəssislərin sayı 15 faiz, inzibati heyət isə 30 faiz ixtisar ediləcək.
Şirkətin ən son hesabatına əsasən, 2023-cü ilin sonunda “Samsung”da ümumilikdə 265 mindən çox işçi fəaliyyət göstərib. Onlardan 147 mini xaricdə çalışıb.
Nəşr qeyd edib ki, planlaşdırılan ixtisarlar şirkətin rəqiblərinə nisbətən daha ləng inkişaf etməsi ilə bağlı ola bilər. Bundan əlavə, “Samsung” hazırda istehsal problemləri ilə də qarşı-qarşıyadır.
Qeyd edək ki, “Samsung Electronics”in səhmləri sentyabrın 11-də 16 ayın ən aşağı səviyyəsinə düşüb. Analitiklər smartfonlara və fərdi kompüterlərə tələbatın zəiflədiyini əsas gətirərək şirkət üçün qazanc təxminlərini azaldıblar.
Töhfə Səməd
tag: Samsung ,İflas,İşçilər, Cənubi Koreya,Smartfonlar,Kompüterlər, todaypress.az,