“Samsung” dünyanın ən yaxşı telefonu seçildi
İqtisadiyyat
05.08.2024 19:00
“Samsung”un yeni qatlanan flaqmanı “Galaxy Z Fold 6” foto və video keyfiyyətinə görə qatlanan smartfonlar arasında lider seçilib.
TodayPress xəbər verir ki, bu barədə “DxOMark” keyfiyyət yoxlama şirkəti məlumat yayıb.
Mütəxəssislər kameranın geniş dinamik diapazonu olduğunu, həmçinin parlaq işıqda dəqiq ekspozisiya və arxadakı səs-küyü minimal dərəcəyə endirdiyini bildiriblər. Smartfon 133 xal toplayaraq 45-ci yerdə qərarlaşıb.
Töhfə Səməd
tag: Samsung, Galaxy Z Fold 6 , DxOMark, Mütəxəssislər, Smartfon, todaypress.az,