Saməddin Əsədov: “Məktəblilərin hazırladığı peyk gələn il orbitə buraxılacaq”

İqtisadiyyat

08.10.2024 12:05

"Keçən il Ermənistan kiçik bir peyk hazırlayıb orbitə buraxmışdı. Bu, cəmiyyətimizdə bir sıra suallar yaratmışdı". 

TodayPress xəbər verir ki, bunu Azərbaycan Respublikasının Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov "Gülüstan” sarayında keçirilən Təhsilin İnkişafı Forumunda deyib. 

"Bizə sual verilirdi ki, siz də belə şeylər hazırlaya biləcəksiniz? Bilmirlər ki, Kosmik Agentliyin səviyyəsi bundan qat-qat üstündür. Biz o peyki Azərbaycan məktəbliləri tərəfindən hazırlayıb orbitə buraxacayıq. İnşallah bu gələn il baş tutacaq" deyə o, qeyd edib. 

Qeyd edək ki, “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə keçirilən Forumda dövlət və özəl sektorun 300 nəfərədək nümayəndəsi iştirak edir.

Günəş Mərd

tag: Elm ,Təhsil ,Ermənistan ,Saməddin Əsədov, Forum ,todaypress.az,