"Şahdəniz"də yeni platforma tikiləcək
Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağında yeni platforma tikiləcək.
TodayPress xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
O qeyd edib ki, tikiləcək platforma kompressor platforması olacaq.
tag: Şahdəniz,Platforma,Xəzər,Qaz,Todaypress.az,