Rusiyanın tikinti şirkətləri işgüzar missiya ilə Azərbaycana gələcək
İqtisadiyyat
18.09.2024 23:44
Rusiya
tikinti sənayesi şirkətləri Azərbaycana işgüzar missiya ilə gələcək.
TodayPress xəbər verir ki, bu barədə
Rusiya İxrac Mərkəzi (RİM) məlumat yayıb.
Rusiya tikinti
sənayesi şirkətləri RİM-in dəstəyi ilə Azərbaycana biznes missiyası ilə
gələcək. Oktyabrın 3 və 4-də Bakıda iki gün ərzində 20-yə yaxın rusiyalı istehsalçı
potensial tərəfdaşlarla əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi
imkanlarını müzakirə edəcək.
Rusiyanın
müxtəlif regionlarından olan şirkətlər Bakıda müasir tikinti materialları və
avadanlıqları, tikinti və dizayn üçün innovativ layihələr və həllər təqdim
edəcək.
Rusiya
şirkətlərinin əməkdaşlıq variantlarını müzakirə edəcəyi maraqlı tərəflər
arasında tikinti məhsulları idxalçıları, inşaatçılar, developerlər və memarlıq
büroları var.
Missiyanın biznes
proqramında Rusiya səfirliyinin və ticarət missiyasının, Rusiya və Azərbaycanın
inkişaf institutlarının nümayəndələri də iştirak edəcəklər.
tag: Rusiya, Azəraycan, Biznes, Maliyyə, Şirkət, todaypress.az,