Rusiyada "Viber" messenceri bloklandı
İqtisadiyyat
13.12.2024 22:17
Rusiyada "Viber" messenceri bloklanıb.
TodayPress xəbər verir ki, bu barədə Roskomnadzor məlumat yayıb.
Bildirilib ki, qurum ölkə
ərazisində "Viber" messencerini bloklayıb.
Qeyd olunub ki,
"Viber" xidmətinə giriş Rusiya qanunvericiliyinin messencerdən terror
və ekstremist məqsədlər üçün istifadə, onları törətməyə cəlb etmək,
narkotikləri satmaq təhlükəsinin qarşısını almaq üçün, habelə qanunsuz
məlumatların yerləşdirilməsi ilə əlaqədar Rusiya qanunvericiliyinin
tələblərinin pozulması səbəbindən məhdudlaşdırılıb.
tag: Viber, Sosial Şəbəkə, Rusiya, Roskomnadzor, todaypress.az,