Rusiyada dollar və avro ilə ticarət dayandırıldı

İqtisadiyyat

13.06.2024 11:24

Moskva birjası ABŞ Maliyyə Nazirliyinin sanksiyaları səbəbindən 13 iyun 2024-cü ildən etibarən dollar və avro ilə ticarəti dayandırır.

TodayPress xəbər verir ki, valyuta və qiymətli metallar bazarında ticarət ABŞ dolları və avro istisna olmaqla, bütün digər alətlər üzrə aparılacaq.

Qərar fond və pul bazarlarında, o cümlədən standartlaşdırılmış törəmə alətlər bazarına da şamil ediləcək. 

Qeyd edək ki, dollar və avro ilə əməliyyatlar birjadankənar bazarda davam etdiriləcək. Fiziki və hüquqi şəxslər Rusiya bankları vasitəsilə hər iki valyutanı alıb sata biləcəklər və onlarda olan bütün vəsaitlər artıq hesablarda və depozitlərdə təhlükəsiz qalacaq.

tag: Rusiya, Dollar, ABŞ, Maliyyə Nazirliyi, Ticarət, todaypress.az,