Rusiya iqtisadiyyatı sanksiyalara görə iflas edə bilər
İqtisadiyyat
08.08.2024 15:27
“Gəlirinin böyük bir hissəsini karbohidrogen ixracından qazanan Rusiya, iqtisadi cəhətdən qarşıdakı illərdə ciddi problemlərlə üzləşəcək”.
TodayPress xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb.
Rusiya Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutunun ekspertlərinin proqnozuna görə, Rusiya neft, qaz və kömürü artıq əvvəlki həcmdə xaricə tədarük edə bilməyəcək. Tədqiqatçılar hesablayıblar ki, 25 il ərzində Rusiyanın yanacaq ehtiyatlarının ümumi ixracı 40%, ondan əldə edilən gəlir isə 2,8 dəfə azalacaq. Əgər 2021-ci ildə 821 milyon ton yanacaq ekvivalenti ixrac edilibsə, 2050-ci ilə qədər bu rəqəm 486 milyon tona düşəcək.
Ekspertlər vurğulayıblar ki, Qərb texnologiyalarına və əsas satış bazarlarına çıxışın itirilməsi Rusiyanın yanacaq-energetika kompleksi üçün ciddi məhdudiyyətlərə çevriləcək. Nəticədə ölkənin ÜDM-si 5 dəfə azalacaq, yanacaq-energetika kompleksi isə iqtisadiyyatın “lokomotivi” rolunu itirəcək.
Töhfə Səməd
tag: Rusiya, İqtisadiyyat, Qərb, ÜDM,Neft, Qaz, todaypress.az,