Rusiya Çinə qaz tədarükünü rekord həddə çatdıra bilər
İqtisadiyyat
02.10.2024 16:25
2030-cu ilə qədər Rusiya qazının Çinə tədarükünün illik müqavilə həcmi 64 milyard kubmetrə qədər arta bilər.
TodayPress xəbər verir ki ,bu barədə Rusiya KİV məlumat yayıb.
Ekspertlər hesab edirlər ki, nəzərdə tutulan qazın həcminin böyük əksəriyyəti (89 faizi) boru kəməri ilə yanacaq tədarükü hesabına təmin edilməlidir.
Qeyd edək ki, Çin hazırda Rusiyadan təxminən 6 milyard kubmetr mayeləşdirilmiş təbii qaz (LNG) alıb. Ortamüddətli perspektivdə bu həcm arta bilər.
Sanksiyaya məruz qalan “Novatek Arctic LNG-2” layihəsindən Rusiyanın LNG ixracının artımını və tədarükün bir hissəsinin Avropa bazarından Çin bazarına yönləndirilməsini nəzərə alsaq, 2030-cu ilə qədər Rusiya Federasiyasından Çinə qaz ixracının ümumi həcmi milyard kubmetrə qədər artırıla bilər.
Günəş Mərd
tag: Qaz, Rusiya, Çin ,Sanksiya ,Novatek Arctic LNG-2 ,İxrac ,todaypress.az,