Robotların qaçması və tullanması üçün süni əzələlər yaradıldı
İqtisadiyyat
09.09.2024 18:15
İsveçrə və Almaniyadan olan beynəlxalq alimlər qrupu robotların hündürə tullanmasını və əngəlli ərazidə sürətlə qaçmasını təmin edən süni əzələlər yaradıb.
TodayPress xəbər verir ki, bu barədə məqalə “Nature Communications” elmi jurnalında dərc olunub.
Layihənin müəlliflərinin fikrincə, elektrik mühərriklərinin köməyi ilə müasir maşınlar müxtəlif hərəkətləri yerinə yetirə bilər.
Onlar yağla doldurulmuş polimer borulardan hazırlanan elektrohidravlik qurğu hazırlayıblar. Boruların ucları keçirici materialdan hazırlanmış elektrodlarla örtülüb. Gərginlik tətbiq edildikdə, elektrodlar statik elektriklə bir-birinə cəlb olunub.
Skeletə birləşən bu hərəkətvericilərin cütləri canlılarda olduğu kimi qoşalaşmış əzələ hərəkətləri nümayiş etdirir. Bir əzələ qısaldıqda onun qarşılığı uzanıb.
Tədqiqatçılar ötürmə mexanizmlərinin daralmasını və uzadılmasını idarə etmək üçün yüksək gərginlikli gücləndiricilərlə əlaqə quran kompüter proqramından istifadə ediblər.
Alimlər belə nəticəyə gəliblər ki, süni əzələlər adi elektrik mühərriki ilə müqayisədə xeyli az enerji sərf edir.
Motorlu əza əyilmiş vəziyyəti saxlamaq üçün daha çox enerji sərf edir, elektrohidravlik əzələlər isə statik yükə görə sıxılmış vəziyyətdə qalır.
Mütəxəssislər, həmçinin aşkar ediblər ki, elektrohidravlika kobud ərazi üzərində qaçarkən və tullanarkən yük dəyişikliklərinə daha yaxşı uyğunlaşır. Robotun ayaqlarının və ya qollarının əyilmə bucaqlarını izləyən əlavə sensorlara ehtiyac duyulmur.
Günəş Mərd
tag: Robot,Əzələ,Mühərrik,İsveçrə ,Almaniya,Alimlər, Mütəxəssislər, todaypress.az,