Robot taksilər fəaliyyətə başladı

İqtisadiyyat

25.04.2025 10:42

28

Amerikanın "Tesla" korporasiyası məhdud rejimdə robot taksi xidmətini işə salıb. 

TodayPress xəbər verir ki, bu barədə şirkətə məxsus "Tesla AI" hesabı "X"da paylaşım edib.

Milyarder İlon Maskın şirkəti Ostin və San-Fransisko Körfəz bölgəsində robot taksiləri işə saldığını açıqlayıb.

Hazırda avtonom taksini yalnız korporasiyanın əməkdaşları sınaqdan keçirə bilər. Səfər zamanı avtomobilin sükanı arxasında operator da olacaq.

Korporasiya etiraf edib ki, onların avtonom taksiləri artıq 24 min kilometrdən çox məsafəni qət edən 1500 səfər həyata keçirib. 

"Tesla" ictimai robot taksinin rəsmi olaraq işə salınma vaxtını açıqlamayıb.

Lakin qeyd edilib ki, ilkin buraxılış şirkətə proqramın və uzaqdan idarəetmənin işini sınaqdan keçirməyə imkan verəcək.

Töhfə Səməd

tag: Amerika,Tesla,İlon Mask,Robotaksi,todaypress.az,