Regionlardan Bakıya gələn fermerlərə nəqliyyat vasitələri təşkil olunacaq

İqtisadiyyat

06.05.2025 11:36

28

“Regionlardan Bakıda keçiriləcək kənd təsərrüfatı və qida sərgilərində iştirak etmək üçün gələn fermerlərə nəqliyyat vasitələri təşkil olunacaq”. 

TodayPress xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Toğrul Qafarbəyli 18-ci olan Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə həsr olunmuş mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, regionlardan yüzdən çox fermerin sərgilərdə iştirakı gözlənilir.  “Naxçıvandan gələn fermerlər üçün təyyarə bileti alınacaq və onların rahat formada tədbirdə iştirakı təmin olunacaq”.   

Töhfə Səməd

tag: Toğrul Qafarbəyli,Kənd Təsərrüfatı,Tədbir,Şirkət,Todaypress.az,