Qlobal iqtisadi böhranla bağlı xəbərdarlıq - ABŞ iflasın astanasında

İqtisadiyyat

30.07.2024 17:47

“ABŞ-nin dövlət borcu rekord həddə çatıb və tarixdə ilk dəfə olaraq 35 trilyon dolları keçib. Lakin bu, Amerika iqtisadiyyatı üçün təhlükə yaratmır”.

TodayPress xəbər verir ki, bu sözləri amerikaşünas politoloq, Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Problemlərinin Tədqiqatı Mərkəzinin aparıcı elmi işçisi Konstantin Bloxin deyib. 

Onun fikrincə, ölkələr dollardan kütləvi şəkildə imtina etsələr və ya ərazilərindəki ABŞ hərbi bazalarının ləğvinə qərar versələr, o zaman Birləşmiş Ştatların iflası baş verəcək.

Ekspert ABŞ-ni “maliyyə manipulyatoru” adlandırıb. Buna görə də Vaşinqtonun mümkün müflisləşməsi bütün dünyaya zərbə vuracaq. Nəticə etibarilə bu, ticarət və pul dövriyyəsinin pozulmasına gətirib çıxaracaq. 

Xatırladaq ki, Amerikanın dövlət borcu 34 trilyon dolları keçib. ABŞ Konqresinin Büdcə Ofisinin proqnozlarına görə, 2034-cü ilə qədər o, 50 trilyon dollar həddini aşacaq ki, bu da ölkənin ÜDM-sinin 122%-dən çoxunu təşkil edəcək.

Töhfə Səməd

tag: ABŞ, Böhran, İqtisadi, Dünya, Rusiya, todaypress.az,