Qlobal elektrik avtomobil bazarı 2024-cü ildə 22 % artacaq
İqtisadiyyat
21.09.2024 03:33
Hibridlər də daxil olmaqla (o cümlədən
qoşula bilən, PHEV) dünya elektromobil bazarı 2024-cü ildə təxminən 22 %
artacaq. Bu barədə EY Global Mobility Consumer Index-in illik hesabatında
deyilir
TodayPress xəbər verir ki, bu barədə “EY Global
Mobility Consumer Index”in illik hesabatında deyilir.
Bildirilib ki, 2025-ci ildə 23 % artım gözlənilir.
“GlobalData”ya görə, 2023-cü ildə 29,7 %, 2022-ci ildə isə 37 % artım olub.
Hibridlər nəzərə alınmadan dövriyyə 2023-cü ildə 32 %,
2022-ci ildə isə 65 % artıb. Cari ilin birinci yarısında 9,6 % artıb və 2024-cü
ilin sonuna 15 %, 2025-ci ilin sonuna isə 28 % artım proqnozlaşdırılır.
Natural ifadədə tam elektrikli avtomobillərin (BEV)
satışı bu il 2022-ci ildəki 7,4 milyon ədədə qarşı 11,2 milyon ədəd
səviyyəsində gözlənilir.
Hesabata görə, elektromobillərə maraq yüksək olaraq
qalır. BEV və ya hibrid almağı planlaşdıranların payı daxili yanma mühərrikli
avtomobillə müqayisədə bu il 58 % təşkil edir ki, bu da ötən illə müqayisədə 55
% çoxdur.
Eyni zamanda, bəzi istehlakçıları elektromobil almaqdan
hələ də bir sıra amillər çəkindirir. EY-nin sorğusuna görə, respondentlərin 27
%-i ən çox yükləmə stansiyaların çatışmazlığından narahatdır, 25 %-i yürüş
məsafəsindən narahatdır, 18 %-i uzun müddətli yükləmə vaxtından gileylənir. Beş
il ərzində ilk dəfə olaraq sorğu çərçivəsində batareyanın dəyişdirilməsi
xərcləri ilə bağlı narahatlıqlar aşkar edilib – potensial alıcıların 26 %-i
bunu qeyd edib.
Elektromobil almağa həvəsləndirən amillər arasında yüksək
yanacaq qiymətləri əsas olaraq qalır – sorğuda iştirak edənlərin 37 %-i bunu
vurğulayıb. Öz növbəsində, ekologiya artıq istehlakçıları o qədər də narahat
etmir. Bu il onu həvəsləndirici amil kimi adlandıranların payı 2021-ci ildəki
49 %-lə müqayisədə 34 %-ə düşüb.
EY-nin sorğusu 2024-cü ilin iyun-iyul aylarında keçirilib
və 28 ölkədən 19 min istehlakçını əhatə edib.
tag: Hibrid, Maşın, Yanacaq,BEV,todaypress.az,