Qlobal borc rekord həddə çatdı
Dünyanın ümumi borcu 2024-cü ildə 318 trilyon dollara yüksəlib və ÜDM-ə nisbəti ilk dəfə 2020-ci ildən bəri artaraq 328%-ə çatıb.
TodayPress xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnstitutunun (IIF) hesabatında qeyd edilib.
Artım 7 trilyon dollar təşkil edib ki, bu da 2023-cü ildə ABŞ Federal Ehtiyat Sisteminin uçot dərəcəsinin azaldılması gözləntilərinin borclanma artımına səbəb olduğu zaman müşahidə olunan səviyyənin yarısıdır.
Ekspertlər bildirir ki, ötən il ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini azaltmaq planı borclanmanı sürətləndirmişdi.
Ancaq iqtisadi artımın və inflyasiyanın zəifləməsi dövlət borcu üzərində təzyiqləri artırır. Dövlət borcunun həcmi 95 trilyon dollara çatıb.
İnkişaf edən iqtisadiyyatlar, xüsusilə Çin, Hindistan və Türkiyə borcun artımının 65%-ni təmin edib. Bu ölkələr 2025-ci ildə 8,2 trilyon dollarlıq borcu yenidən maliyyələşdirməli olacaqlar.
Qiymət Mahir
tag: Dünya,Borc,ÜDM,Beynəlxalq Maliyyə İnstitutu,todaypress.az,