Qızılın qiyməti yenidən 3 370 dolları ötdü

İqtisadiyyat

06.05.2025 10:50

8

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti yenidən artıb. 

TodayPress birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1.47% artaraq 3 371 ABŞ dollarına bərabər olub. 

COMEX-də gümüşün bir unsiyası üzrə iyul fyuçerslərinin qiyməti isə artaraq 2.57% artaraq 33,31 ABŞ dollarına yüksəlib.

tag: Qızıl,Dollar,Valyuta,Birja,Todaypress.az,